Jurnalımız Rəsmi ISSN Qeydiyyatından Keçdi
Məmnuniyyətlə elan edirik ki, Caucasus Journal of Humanities and Social Sciences rəsmi olaraq Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) qeydiyyatından keçmişdir. Jurnalımız həm rəqəmsal, həm də ənənəvi nəşr standartlarına cavab verərək onlayn versiya üçün e-ISSN: 3135-9981, çap versiyası üçün isə p-ISSN: 3135-999X nömrələri ilə təmin olunmuşdur.
Bu qeydiyyat dərc ediləcək elmi tədqiqatların qlobal miqyasda tanınması, beynəlxalq elmi bazalarda indekslənməsi və müəlliflərimizə edilən istinadların dəqiq izlənilə bilməsi istiqamətində mühüm bir addımdır.
Nəşr Qrafiki və İlk Sayımız Jurnalımız yarımillik tezliklə fəaliyyət göstərəcək və ildə iki dəfə – Noyabr və May aylarında oxuculara təqdim olunacaqdır. Jurnalımızın ilk sayının (Cild 1, Buraxılış 1) bu ilin Noyabr ayında işıq üzü görməsi planlaşdırılır.
Məqalə Qəbulu Açıqdır Yeni sayımız üçün məqalə qəbulu prosesi davam edir. Xüsusi olaraq vurğulamaq istərdik ki, dəstək məqsədilə jurnalımızın ilk sayı üçün müəlliflərdən heç bir nəşr ödənişi tələb olunmur. Tədqiqatçıları, alimləri və gənc mütəxəssisləri öz elmi işlərini saytımız üzərindən sistemə yükləməyə dəvət edirik.
Qeydiyyat məlumatlarımızı yoxlamaq üçün Beynəlxalq ISSN Portalına keçid edə bilərsiniz. Jurnalımıza göstərəcəyiniz diqqət və elmi əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik.





