Məqalə qəbulu
"Caucasus Journal of Humanities and Social Sciences" (CJHSS) jurnalı fəaliyyətə başlayır və cari ilin payızında işıq üzü görəcək ilk sayı üçün məqalə qəbulunu elan edir.
Jurnalımız humanitar və ictimai elmlər istiqamətində (fəlsəfə, tarix, sosiologiya, psixologiya, filologiya, din araşdırmaları) elmi metodologiyaya uyğun, orijinal tədqiqatları dərc etməyi hədəfləyən akademik nəşrdir.
Müraciət Qaydaları:-
Dillər: Məqalələr Azərbaycan, ingilis və türk dillərində qəbul edilir.
-
Müraciət: Müraciət və yazı qaydaları haqqında ətraflı məlumat üçün səhifəyə keçid edin.
-
Necə göndərməli: Jurnalın rəsmi veb-saytında qeydiyyatdan keçib "Məqalə göndər" (Make a Submission) pəncərəsi vasitəsilə müvafiq addımları izləyərək məqalənizi redaksiyamıza göndərə bilərsiniz. Bu mərhələdən sonra müraciətinizin statusunu sizin üçün yaradılan elektron kabinet üzərindən təqib edə bilərsiniz.
-
Əlaqə: info@qafqazjurnali.org
Hörmətlə, Caucasus Journal of Humanities and Social Sciences Redaksiya Heyəti





