Çoxmənalılığın yaranma mexanizmləri və dilin semantik inkişafında rolu
DOI
https://doi.org/10.69043/3bzf5719Açar sözlər
çoxmənalılıq, polisemiya, semantik inkişaf, leksik məna, məcazlaşma, semantik strukturXülasə
Məqalədə leksik sistemin mühüm kateqoriyalarından biri olan çoxmənalılığın yaranması, formalaşması, inkişaf mexanizmləri və dilin semantik sistemində rolu kompleks şəkildə araşdırılır. Çoxmənalılıq bir sözün semantik quruluşunda bir-biri ilə müəyyən məna əlaqəsi olan bir neçə leksik-semantik variantın formalaşması kimi səciyyələndirilir. Bu hadisə dilin yalnız lüğət tərkibinin zənginləşməsinə deyil, həm də mövcud dil vahidlərinin yeni nominativ və kommunikativ ehtiyaclara uyğun şəkildə funksional imkanlarının genişlənməsinə şərait yaradır. Tədqiqatın əsas məqsədi çoxmənalılığın meydana gəlməsini şərtləndirən amilləri müəyyənləşdirmək, onun yaranma mexanizmlərini sistemləşdirmək və semantik inkişaf prosesindəki rolunu elmi-nəzəri baxımdan əsaslandırmaqdır. Araşdırmada söz mənasının dəyişməsinə və yeni mənaların formalaşmasına təsir göstərən ictimai, tarixi, mədəni, məntiqi və dilxarici amillər nəzərdən keçirilir. Çoxmənalılığın yaranmasında məcazlaşma, metonimiyalaşma, məna genişlənməsi, məna daralması, funksional yaxınlıq, əşya və hadisələr arasındakı oxşarlıq, assosiativ əlaqələr və insan təfəkkürünün ümumiləşdirici xüsusiyyətlərinin mühüm rol oynadığı müəyyənləşdirilir. Sözün ilkin nominativ mənasının müxtəlif kontekstlərdə yeni məna çalarları qazanması və zaman keçdikcə həmin mənaların leksik-semantik variant kimi sabitləşməsi çoxmənalılığın formalaşmasının əsas mexanizmlərindən biri kimi izah edilir. Bu baxımdan çoxmənalılıq dilin statik deyil, daim dəyişən və inkişaf edən semantik sisteminin göstəricisi kimi qiymətləndirilir. Məqalədə çoxmənalılığın sinxronik və diaxronik aspektləri də müqayisəli şəkildə şərh olunur. Sinxronik yanaşmada sözün müəyyən zaman kəsiyində malik olduğu mənalar sistemi, həmin mənalar arasındakı semantik münasibətlər və onların müasir dil daşıyıcıları tərəfindən qavranılması əsas götürülür.
Endirmələr
Referanslar
Abdullayev, Ə. (1985). Müasir Azərbaycan dilinin leksikologiyası. Maarif.
Abdullayev, N. (2013). Azərbaycan dilinin üslubiyyatı. Elm və təhsil.
Bayramov, Ə. (2010). Azərbaycan dilinin semasiologiyası. Azərbaycan Universiteti nəşriyyatı.
Cəfərov, S. (2007). Müasir Azərbaycan dili (Hissə 2, 3-cü nəşr). Şərq-Qərb.
Cruse, D. A. (1986). Lexical semantics. Cambridge University Press.
Geeraerts, D. (2010). Theories of lexical semantics. Oxford University Press. DOI: https://doi.org/10.1093/acprof:oso/9780198700302.001.0001
Həsənov, H. (2001). Müasir Azərbaycan dilinin leksikası. Nurlan.
Kərimova, Ş. (2020). Çoxmənalı sözlərin pragmatik xüsusiyyətləri. In Hümanitar və ictimai elmlərin əsasları: I Respublika elmi konfransının materialları (s. 72–74).
Kərimova, Ş. (2021). Tədris prosesində çoxmənalılığın kommunikativlik məsələləri. In Xarici dillərin tədrisinin aktual problemləri: Elmi konfransın mate-rialları (s. 134–135).
Lyons, J. (1977). Semantics (Vols. 1–2). Cambridge University Press. DOI: https://doi.org/10.1017/CBO9781139165693
Məmmədli, N. (2022). Azərbaycan dili və nitq mədəniyyəti (Cild 2: Leksikologiya, leksikoqrafiya, leksik norma).
Qasımlı, L., & Pirməmmədova, A. (2025). Leksik semantika və məınanın kon-tekstdə şərhi. Filologiya məsələləri, (8), 198–200.
Qurbanov, A. (2003). Müasir Azərbaycan ədəbi dili (Cild 1). Nurlan.
Ullmann, S. (1957). The principles of semantics (2nd ed.). Basil Blackwell.
Endirin
Yayımlanıb
Lisenziya
Müəllif hüququ (c) 2026 Fidan Yusifova (Author)

Bu çalışma Creative Commons Attribution-NonCommercial 4.0 International License ile lisenziyalanıb.
The authors own the copyright of their work published in the journal and their work is licensed under Creative Commons Attribution-NonCommercial 4.0 International (CC BY-NC 4.0).



