İşgüzar kommunikasiya mühitində özünütəqdimatın linqvistik və etik əsasları

Yazarlar

  • Aida Abdullayeva Yazar

DOI:

https://doi.org/10.69043/1kj3b356

Anahtar Kelimeler:

işgüzar kommunikasiya- özünütəqdimat- nitq mədəniyyəti- verbal kommunikasiya- qeyri-verbal kommunikasiya- nitq etiketi- kommunikativ strategiya- peşəkar imic

Öz

Müasir işgüzar münasibətlər sistemində insanın peşəkar fəaliyyəti yalnız onun bilik və bacarıqları ilə deyil, özünü müxtəlif kommunikativ situasiyalarda təqdim etmək qabiliyyəti ilə də səciyyələnir. İşgüzar ünsiyyət zamanı fərdin nitqi, davranışı, xarici görünüşü, ünsiyyət tərzi və qarşı tərəfə münasibəti onun haqqında müəyyən təsəvvürün yaranmasına səbəb olur. Bu baxımdan özünütəqdimat şəxsiyyətin kommunikativ mühitdə məqsədyönlü şəkildə təqdim olunması, peşəkar və sosial keyfiyyətlərinin qarşı tərəfə çatdırılması prosesi kimi xarakterizə edilə bilər. Özünütəqdimatın mühüm komponentlərindən biri verbal davranışdır. Şəxsin söz seçimi, müraciət formaları, nitqin məntiqi ardıcıllığı, intonasiya, danışıq tempi, nəzakət ifadələri və situasiyaya uyğun kommunikativ strategiyalardan istifadə etməsi onun işgüzar obrazının formalaşmasına əhəmiyyətli təsir göstərir.Məqalədə işgüzar kommunikasiya şəraitində özünütəqdimatın mahiyyəti, verbal və qeyri-verbal komponentləri, nitq etiketi ilə əlaqəsi, müsbət kommunikativ obrazın yaradılmasında dil vasitələrinin rolu araşdırılır. Eyni zamanda vizit kartından istifadə, müraciət formalarının seçilməsi, salamlaşma və tanışlıq qaydaları, geyim və davranışın kommunikativ əhəmiyyəti, tərəfdaşla əlaqənin qurulması və danışıqlar zamanı istifadə edilən kommunikativ strategiyalar təhlil olunur. Araşdırma göstərir ki, effektiv özünütəqdimat yalnız xarici görünüş və nitq texnikası ilə məhdudlaşmır; burada kommunikativ məqsəd, etik normalar, situativ uyğunluq, qarşılıqlı hörmət və peşəkar davranış vahid sistem daxilində çıxış edir. Özünütəqdimatın linqvistik əsası ilk növbədə Azərbaycan ədəbi dilinin normalarına riayət olunması ilə bağlıdır. Fonetik, leksik, qrammatik və üslubi normaların gözlənilməsi şəxsin nitqinin düzgünlüyünü və anlaşıqlılığını təmin edir. Nitq mədəniyyəti yalnız sözlərin düzgün tələffüzü və cümlələrin qrammatik baxımdan düzgün qurulması demək deyil; burada fikrin dəqiq, məntiqli, yığcam, məqsədəuyğun və etik formada ifadə olunması da mühüm əhəmiyyət daşıyır.

Görüntülenme: 0İndirme: 0

İndirmeler

İndirme verisi henüz mevcut değil.

Referanslar

Abdullayev, N. (2014). Nitq mədəniyyətinin əsasları. ADPU nəşriyyatı.

Cəfərov, N., Mərdanova, S., & Qəribli, A. (2018). Azərbaycan nitq mədəniyyəti. Şərq-Qərb.

Cəfərov, V. (2009). Diplomatik etiket və nitq mədəniyyəti.

Eminli, B. İ., & Paşayeva, G. B. (2021). Azərbaycan dilində işgüzar və akademik kom-munikasiya. SDU-nun nəşri.

Əliyev, K. (2001). Nitq mədəniyyəti və üslubiyyatın əsasları.

Hacıyeva, İ. (2011). Nitq mədəniyyəti: Qeyri-filoloji fakültələr üçün.

Həsənov, H. (2003). Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Elm.

Hüseynov, S. (2010). Nitq mədəniyyəti. Yazıçı.

Məmmədli, N. (2020). Azərbaycan dili və nitq mədəniyyəti.

Məmmədli, N. (2021). Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Elm və təhsil.

Şiriyev, F. (2014). Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika.

Yusifov, M. (2019). Nitq mədəniyyəti.

Yayınlanmış

2026-11-20

Sayı

Bölüm

Articles

Kategoriler

Nasıl Atıf Yapılır

Abdullayeva, A. (2026). İşgüzar kommunikasiya mühitində özünütəqdimatın linqvistik və etik əsasları. Kafkasya Beşeri Ve Sosyal Bilimler Dergisi, 1(1), 71-82. https://doi.org/10.69043/1kj3b356

Benzer Makaleler

Bu makale için ayrıca gelişmiş bir benzerlik araması başlat yapabilirsiniz.